Azərbaycanlı hakim-inspektor ermənilərin oyununa təyinat alıb

 Azərbaycanlı hakim-inspektor ermənilərin oyununa təyinat alıb
# 07 iyul 2014 13:49 (UTC +04:00)

Bakı – APA. Azərbaycanlı hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb. Apasport.az saytının məlumatına görə, sabiq FİFA referisi Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək qarşılaşmada iş başında olacaq.

Xudiyev iyulun 10-da keçiriləcək "Astana" (Qazaxıstan) - "Pünik" (Ermənistan) oyununun hakim-inspektoru təyin edilib. Həmyerlimizin iştirak etdiyi qarşılaşma Qazaxıstanın Astana şəhərindəki "Astana Arena"da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR