Oktyabr-noyabr aylarında Türkiyəyə gedən rusiyalı turistlərin sayında azalma qeydə alınıb

Oktyabr-noyabr aylarında Türkiyəyə gedən rusiyalı turistlərin sayında azalma qeydə alınıb
# 24 dekabr 2014 07:31 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatında deyilir.

Nazirlik bu ilin 11 ayında Türkiyəyə gələn əcnəbi turistlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə artım olduğunu bildirib. Belə ki, ölkəyə gələn turistlərin sayı 5,35% artaraq 35 milyon 260 min nəfər təşkil edib. Noyabr ayında artım 1,19% olub. Lakin noyabr ayında Rusiyadan gələn turistlərin sayı ötən ilin noyabr ayı ilə müqayisədə 18,45% azalaraq 63 min nəfər təşkil edib. Xatırladaq ki, Türkiyəni ziyarət edən rusiyalı turistlərin sayı oktyabr ayında 2013-cü ilin oktyabr ayı ilə müqayisədə 29 faiz azalmışdı. Buna baxmayaraq, 11 aylıq dövrdə Türkiyədə istirahət edən Rusiya vətəndaşlarının miqdarı 5,29% yüksəlib və 4,43 milyon nəfərə çatıb.

Türkiyənin turizm firmaları Rusiyadakı ciddi devalvasiya ilə əlaqədar gələn il ölkəyə gələn rusiyalı turistlərin sayında ciddi azalma olacağını proqnozlaşdırırlar. Rusiya Almaniyadan sonra Türkiyəyə ən çox turist göndərən ölkədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR