Bazar günü Azərbaycanda yağmursuz hava şəraiti üstünlük təşkil edəcək - VİDEO

Bazar günü Azərbaycanda yağmursuz hava şəraiti üstünlük təşkil edəcək - <span style="color: red;">VİDEO
# 11 oktyabr 2014 10:41 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Oktyabrın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər saatlarında bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 12-14, gündüz 19-23 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Bazar günü Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz saatlarında bəzi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR