I Avropa Oyunlarının müvəffəqiyyətlə keçirilməsi üçün “Azərışıq” ASC ciddi koordinasiya olunub

I Avropa Oyunlarının müvəffəqiyyətlə keçirilməsi üçün “Azərışıq” ASC ciddi koordinasiya olunub
# 02 iyun 2015 09:38 (UTC +04:00)

Bakı - APA-Economics. “Bakı-2015” I Avropa Oyunlarının müvəffəqiyyətlə keçirilməsi üçün “Azərışıq” ASC bu işdə ciddi koordinasiya olunub, xeyli önəmli və irimiqyaslı layihələr həyata keçirib.

Qurumdan “APA-Economics”ə verilən xəbərə görə, “Azərişıq” ASC qısa müddət ərzində 6 ədəd 110 kv-luq, 14 ədəd isə 35 kv-luq yeni, qapalı tipli, müasir avadanlıqlarla təchiz edilmiş yarımstansiyalar inşa edib istismara verib. Oyunların keçiriləcəyi obyektlərin dayanıqlı və etibarlı elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədi ilə obyektlərin bəsləyici xətləri bir-birindən asılı olmayan müxtəlif mənbələrdən əlaqələndirilib. Hər bir yarımstansiyada və obyektləri qidalandıran Transformator Məntəqələrində istismar olunan avadanlıqlar dünyanın ən inkişaf etmiş ölkələrinin texnologiyaları ilə təchiz edilib, avtomatika qurğuları, yanğın əleyhinə təhlükəsizlik avadanlıqları və s. quraşdırılıb. Bundan əlavə Olimpiya obyektlərini qidalandıran bütün yarımstansiyalar Avtomatlaşdırılmış Dispetçer Uzaqdan İdarəetmə sisteminə (SCADA) qoşulub.

Bütün bu kimi texniki tədbirlərlə yanaşı, “Azərişıq” ASC-nin sədrinin sərəncamı ilə xüsusi Qərargah yaradılıb və hər bir qərargah üzvünün koordinasiya yeri, hərəkət trayektoriyası müəyyənləşdirilib. Bütün əlaqədar yarımstansiyalara və Olimpiya obyektlərini qidalandıran TM-lərə operativ növbətçi heyətlə bərabər inzibati texniki və rəhbər vəzifəli şəxslərdən ibarət “Məsul növbətçi”lər də təhkim edilib. Səyyar əməliyyat və təmir briqadaları yeni maşınlarla təchiz edilib, ASC-nin bütün maşın və mexanizmləri hazırlıq vəziyyətinə gətirilib.

Olimpiya obyektlərini qidalandıran yarımstansiyalarda və paylayıcı qurğularda mütəmadi olaraq, sınaq-profilaktika işləri, operativ əməliyyat personalı və mühəndis heyətləri ilə əks-qəza məşqləri aparır, rejim xarakterli məsələlərdən irəli gələn bir neçə mərhələli variantlar təhlil edilərək treninqlər keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR