Fransanın Azərbaycandakı səfiri: “Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır”

Fransanın Azərbaycandakı səfiri: “Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır”
# 21 noyabr 2014 18:41 (UTC +04:00)

APA - nın xəbərinə görə, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Monye Dağlıq Qarabağın separatçı rejiminin başçısı Bako Saakyanın Fransaya səfərini şərh edərkən jurnalistlərə bildirib.

"Mənim Bako Saakyanın Parisdə olduğundan heç xəbərim yoxdur. Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır, bu ərazi suveren Azərbaycanın tərkib hissəsidir” - P.Monye bildirib.

Xatırladaq ki, erməni KİV-nin məlumatına görə, B.Saakyan noyabrın 20-də Parisə "işgüzar səfər" edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR