Paşha Bank
Bank Of Baku

“İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu” çərçivəsində keçirilən IV Beynəlxalq Konfransın iştirakçılarının Qarabağa səfəri başa çatıb

“İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu” çərçivəsində keçirilən IV Beynəlxalq Konfransın iştirakçılarının Qarabağa səfəri başa çatıb
# 10 oktyabr 2026 15:11 (UTC +04:00)

“İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu” çərçivəsində keçirilən IV Beynəlxalq Konfransın iştirakçılarının Qarabağa səfəri başa çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, oktyabrın 9–10-da konfrans iştirakçıları Xocalı, Füzuli, Ağdam və Laçın rayonlarında, eləcə də Şuşa şəhərində olublar.

Səfər çərçivəsində nümayəndə heyəti Xocalı Soyqırımı Memorial Kompleksini ziyarət edib, Şuşanın görməli yerləri ilə tanış olub. Həmçinin Ağdam və Füzuli rayonlarında olublar.
Səfərin son günü, oktyabrın 10-da nümayəndə heyəti Laçın rayonunun Zabux kəndinə gəlib. Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov qonaqlara kənd haqqında ətraflı məlumat verib.
Daha sonra iştirakçılar Həkəri çayının sahilində yaradılmış bulvarda olublar. Laçın şəhərindəki seyrangahdan şəhəri seyr edən nümayəndə heyəti Heydər Əliyev küçəsinə də baş çəkib və burada Laçın haqqında ətraflı məlumatlandırılıb.
Qeyd edək ki, səfərdə Azərbaycanda akkreditə olunmuş səfirlər və attaşelər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də xarici dövlətlərin sabiq dövlət və hökumət başçıları iştirak ediblər.

Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən IV Beynəlxalq Konfrans “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusuna həsr olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR