Türkiyədə koalisiya hökuməti qurulması üçün AKP-CHP danışıqları keçirilib - FOTOSESSİYA

Türkiyədə koalisiya hökuməti qurulması üçün AKP-CHP danışıqları keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 13 iyul 2015 15:15 (UTC +04:00)

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, 7 iyun parlament seçkilərində ən çox səs almış Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Əhməd Davudoğlu seçkidə ikinci olmuş Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu ilə görüşüb.

Ə. Davudoğlunu CHP binasının qarşısında partiyanın sədr müavini Faik Öztrak qarşılayıb. AKP nümayəndə heyəti CHP qərargahının 12-ci mərtəbəsinə qalxaraq K. Kılıçdaroğlunun başçılıq etdiyi CHP nümayəndə heyəti ilə danışıqlara başlayıb. AKP heyətində Numan Kurtulmuş, Ömər Çelik, Cövdət Yılmaz, Ayşə Nur Bahçekapılı və Mücahit Arslan, CHP heyətində isə Haluk Koç, Faik Öztrak, Selin Sayek Böke, Akif Hamzaçebi və Rasim Bölücek təmsil olunub.

Görüş 1,5 saat davam edib. Görüşün yekunları ilə bağlı hər iki partiya rəsmi açıqlama ilə çıxış edəcək.

Ə. Davudoğlunun iyulun 14-də MHP lideri Dövlət Bağçalı, iyulun 15-də isə HDP həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ ilə görüşlər keçirməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR