İrəvan Dövlət Azərbaycan Teatrının "Səsimdən yapış" adlı tamaşasının premyerası olacaq

İrəvan Dövlət Azərbaycan Teatrının "Səsimdən yapış" adlı tamaşasının premyerası olacaq
# 22 noyabr 2014 09:58 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. YUĞ Dövlət Teatrında Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Teatrının "Səsimdən yapış" adlı tamaşasının premyerası olacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşa yazıçı Kamal Abdullanın "Bir..iki...bizimki..." pyesinin motivləri əsasında hazırlanıb.

Səhnə əsərinin quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssam Leyla Əliyevadır.

Rolları əməkdar artistlər Məmməd Səfa, Gülzar Qurbanova, Ceyhun Əliyev, Solmaz Məmmədova, Şəbnəm Cəbrayılova ifa edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR