Qubada ustad dərsləri keçirilib

Qubada ustad dərsləri keçirilib
# 11 aprel 2015 16:23 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Quba gənclər evində şimal regionunda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin, müəllim və şagirdləri üçün fortepiano, tar, kamança və xanəndəlik ixtisasları üzrə ustad dərsləri keçirilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, ustad dərslərini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorları, xalq Artisti Ramiz Quliyev, əməkdar incəsənət xadimi Arif Əsədullayev, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, xalq artisti Zabit Nəbizadə aparıblar.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən ustad dərsləri uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR