"Kapital Bank" yeni konsepsiyalı ilk filialını açıb - FOTOSESSİYA

"Kapital Bank" yeni konsepsiyalı ilk filialını açıb - <span style="color: red;">FOTOSESSİYA
# 29 iyun 2015 13:46 (UTC +04:00)

Bakı - APA-Economics. Son dövrlər ardıcıl yeniliklərə imza atan "Kapital Bank" bu dəfə müştərilərinə ilk yeni konsepsiyalı filialını təqdim edib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, tamamilə yeni dizaynı olan bu filialda müştərilərin rahatlığı üçün gözəl şərait yaradılıb.

Yeni konsepsiyalı ilk filial yalnız "Kapital Bank"ın yeni brend stilinə uyğun orijinal dizaynı ilə fərqlənmir. Yeni filiallarda Bankın qarşısında duran əsas vəzifə müştərilərinin məmnuniyyətini artırmaqdır. Bu məqsədlə filialda növbə tənzimləyicisi, ödəniş aparatları, bir neçə ATM, o cümlədən ödəniş qəbul edən bankomat yerləşdirilib. Həmçinin filiala daxil olan hər bir müştərini bankın gülərüzlü həmkarları qarşılayaraq, onların suallarını cavablandırır və müvafiq istiqamətə yönləndirir. Rahatlıqla yanaşı, əsas məqsədlərdən biri müştərilərin filialda qısa vaxt sərf etməklə keyfiyyətli bank xidmətlərindən yararlanmasını təmin etməkdir.

Yeni konsept filial Xətai rayonu, Sarayevo küçəsi 7Q ünvanında fəaliyyət göstərir.

Xatırladaq ki, bu il ərzində daha bir neçə yeni konsepsiyalı filialın müştərilərin ixtiyarına verilməsi planlaşdırılıb.

"Kapital Bank" hazırda 89 filialı və 6 şöbəsi ilə Azərbaycanın bütün rayon və şəhərlərində əhaliyə xidmət göstərir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli müştəri xidmətinə və bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR