Dilçilik İnstitutunun “Qaynar xətt”inin fəaliyyətə başlayacağı tarix məlum olub

Dilçilik İnstitutunun “Qaynar xətt”inin fəaliyyətə başlayacağı tarix məlum olub
# 03 iyul 2015 13:56 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Dilçilik İnstitutunun “Qaynar xətt”i sentyabrın sonlarında fəaliyyətə başlayacaq”. Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli deyib.

Q. Məhərrəmlinin sözlərinə görə, Azərbaycan dilinin nöqsanlarının aradan qaldırılması məqsədilə yaradılan “Qaynar xətt” tam hazır vəziyyətdədir: “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən alınan avadanlıqlar artıq qurulub. Yəni, xətt tam hazır vəziyyətdədir. Sadəcə, “Qaynar xətt” ictimaiyyət üçün olduğuna görə, belə qərar verildi ki, xəttin açılışı sentyabrda olsun. Sentyabrın əvvəllərində sınaq dövrü olacaq. Sentyabrın axırında isə xəttin rəsmi şəkildə açılışı gözlənilir".

Qeyd edək ki, prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramında Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmiz­liyinin qorunmasında, eləcə də ədəbi dilin normaları­na əməl olunmamasının, reklamlarda, ictimai iaşə ob­yekt­lə­rin­də Azərbay­can dilinin leksik və qrammatik qay­da­la­rı­nın pozul­ma­sının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə qay­nar xəttin yaradılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR