Tatarstanda ağır qəzada 5 nəfər ölüb

Tatarstanda ağır qəzada 5 nəfər ölüb
# 30 yanvar 2013 00:51 (UTC +04:00)

Bakı-APA. Rusiyada, Tatarstanın Nijnekamski rayonunda “VAZ 2110” və “Nissan X-Trail” markalı avtomobillərin toqquşması nəticəsində beş nəfər ölüb, bir nəfər isə yaralanıb. APA-nın “RBK”ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya FHN-nin resbublika üzrə Baş idarəsində məlumat verilib.

Qurumda qeyd ediblər ki, güclü deformasiyaya uğramış avtomobillərin salonlarından meyitləri çıxarmaq üçün hadisə yerinə bir neçə yanğınsöndürən briqadası və xilasedicilər cəlb olunub. Ümumilikdə, qəzanın nəticələrini aradan qaldırılmasında 35 insan və 10 ədəd texnika iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR