Bank Of Baku

Şəmkirdə 200-dək qəbir dağıdılıb - YENİLƏNİB

Şəmkirdə 200-dək qəbir dağıdılıb - YENİLƏNİB
# 01 aprel 2019 16:42 (UTC +04:00)

Şəmkirin Yuxarı Keçili kəndində 200-dək məzarın qəbir daşlarını sındıran şəxs saxlanılıb. 

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, həmin şəxs 1993-cü il təvəllüdlü Nəcəfov Coşqun Sabir oğludur. Kənd icra nümayəndəliyindən onun psixi cəhətdən qüsurlu olduğu bildirilir.

***

14:34

Şəmkirdə dəhşətli hadisə yaşanıb.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Keçili kəndində qeydə alınıb. Kənd ərazisində yerləşən qəbiristanlıqda 200-dək məzarın qəbir daşları sındırılıb. Hadisənin kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Olay yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

Fuad Nazimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR