Qax rayonunun daha bir kəndinə qaz verilib

Qax rayonunun daha bir kəndinə qaz verilib
# 26 dekabr 2012 07:20 (UTC +04:00)

Bakı – APA-Economics. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Qax rayonunun Dəymədağlı kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

«APA-Economics»in məlumatına görə, bu münasibətlə keçirilmiş tədbirdə «Azəriqaz» İB-nin və Qax rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə bildirilib ki, 170 abonenti olan Dəymədağlı kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 9 500 metr olan müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 170 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR