Azərbaycan XİN ABŞ-dakı terroru qınayıb

Azərbaycan XİN ABŞ-dakı terroru qınayıb
# 13 iyun 2016 10:59 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-da baş verən terror aktı ilə əlaqədar başsağlığı verib. Bu barədə APA-ya XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib.

H. Hacıyev ötən gün ABŞ-ın Orlando şəhərində çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli silahlı hücumu qınadıqlarını deyib: “Həlak olanların ailələrinə və Amerika Birləşmiş Ştatlarının xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik”.

Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda terror aktı törədilib. Nəticədə 50 nəfər ölüb, 53 nəfər yaralanıb. İŞİD hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR