Bəşər Əsəd beş naziri istefaya göndərib

Bəşər Əsəd beş naziri istefaya göndərib
# 10 fevral 2013 02:34 (UTC +04:00)

Bakı-APA. Suriya prezidenti Bəşər Əsəd hökumətin tərkibinə dəyişiklik edib. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, Suriya prezidenti neft və mineral sərvətlər nazirliyinə, maliyyə nazirliyinə, kənd təsərrüfatı nazirliyinə, tikinti və ictimai işlər nazirliyinə yeni rəhbərlər təyin edib. Bundan başqa, Bəşər Əsəd yeni yaradılmış əmək nazirliyinə və sosial məsələlər üzrə nazirliyinə yeni rəhbərlər təyin olunması barədə fərmanlar imzalayıb.

Qeyd edək ki, Bəşər Əsəd güc nazirliklərinin tərkibində dəyişiklik etməyib.

Hökumətin tərkibinə dəyişiklik edilməsinin səbəbləri açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR