Gəncə. Azər Məmmədli – APA. Hazırda Gəncədə 8 nəfərə bir avtomobil düşür. Bu barədə APA-nın qərb bürosuna Gəncə şəhər Statistika İdarəsindən məlumat verilib.
Məlumata görə, hazırda Gəncədə 40 920 ədəd avtomobil var. On il əvvəl bu rəqəm 2 dəfə az, yəni 18 905 olub.
Hazırda şəhərdə 323 476 nəfər əhalinin olduğunu nəzərə alsaq, Gəncədə hər 8 nəfərə bir avtomobil düşür. Lakin 2002-ci ildə şəhərdə 300 500 nəfər əhalinin yaşadığı halda, avtomobillərin sayı 18 905 olub - hər 16 nəfərə bir avtomobil düşüb.