Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 17 Dekabr - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 17 Dekabr - <span style="color: red;">VİDEO
# 17 dekabr 2014 17:06 (UTC +04:00)

Bakı-APA. Bütün dillərdə qadına böyük dəyər verilir. İsa peyğəmbəri dünyaya gətirən qadının xristian dünyasında statusu peyğəmbərin statusundan da yüksəkdir. Məhəmməd peyğəmbərin “cənnət anaların ayaqları altındadır” sözləri isə islam dinində qadını ən ali mərtəbəyə yüksəldir. Heç bir dində, millətdə, irqdə, toplumda qadına cinsi tələbatı ödəmək vasitəsi kimi baxılmır. İŞİD terror təşkilatının qadınları yalnız bu müstəvidə dəyərləndirməsinin mənsub olduğumuz dinə heç bir aidiyyəti yoxdur. İslamda zina deyilən bir anlayış var, zina dinimizdə ən böyük günah və bağışlanmaq günahlardan sayılır. Bir qadının zorla zinaya məcbur edilməsi, bundan imtina edənlərin öldürülməsi hər baxımdan günahdır. Bu cür günaha batanların dini-məzhəbi olmur. İŞİD islam demək deyil, 150 qadını terrorçuların cinsi tələbatını ödəmədiklərinə görə qətlə yetirmək İslamı gözdən salmaq deməkdir. Təəssüf ki, bu gerçəyi hələ də anlamayanlar var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR