Putin Azərbaycanla investisiyaların qorunması və genişləndirilməsi barədə müqavilənin ratifikasiyası haqqında qanunu imzalayıb

Putin Azərbaycanla investisiyaların qorunması və genişləndirilməsi barədə müqavilənin ratifikasiyası haqqında qanunu imzalayıb
# 04 noyabr 2015 14:04 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya prezidenti Vladimir Putin Azərbaycanla investisiyaların qorunması və genişləndirilməsi barədə imzalanmış müqavilənin ratifikasiyası haqqında federal qanunu imzalayıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə kremlin.ru saytı məlumat yayıb. Müqavilə Rusiya Federasiyası ilə Azərbaycan arasında qarşılıqlı ticarət-iqtisadi, elmi-texniki əməkdaşlığın inkişafı üçün münbit şəraitin yaradılmasına istiqamətlənib.


Qeyd edək ki, müqavilənin ratifikasiyası haqqında federal qanun 2015-ci il oktyabrın 23-də Rusiya Dövlət Dumasında, 28 oktyabr 2015-ci il tarixində isə Federasiya Şurasında qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR