Avqustda nəqliyyat vasitəsinə dəyən zərərə görə 2 milyon manata yaxın sığorta ödənişi həyata keçirilib

 Avqustda nəqliyyat vasitəsinə dəyən zərərə görə 2 milyon manata yaxın sığorta ödənişi həyata keçirilib
# 02 sentyabr 2015 06:57 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Cari ilin avqust ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə İcbari Sığorta Bürosunun (İSB) 9 iştirakçısı olan sığorta şirkətləri tərəfindən 1 483 sığorta tələbi üzrə 1,9 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

İSB-dən “APA-Economics”ə verilən xəbərə görə, zərərin bölgüsü üzrə sığorta ödənişləri aşağıdakı kimi olub:

Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta tələblərinin sayında 20,4%, sığorta ödənişlərinin məbləğində isə 19,8 % azalma müşahidə edilib.

Avqust ayında nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 213 manat təşkil edib.

Avqust ayında İSB tərəfindən 10 kompensasiya tələbi üzrə 34 263 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR