Ağdaşda sahibkarlar üçün treninqlər keçirilib

Ağdaşda sahibkarlar üçün treninqlər keçirilib
# 16 noyabr 2012 15:45 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı Ağdaş rayonunda sahibkarlar üçün «Öz biznesini təkmilləşdir» və «Logistika» mövzularında treninqlər keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, treninqlərdə iştirakçılara strateji planlaşdırmanın aparılması və bu sahədə beynəlxalq təcrübə, yeni fəaliyyət istiqamətlərinin müəyyən edilməsi, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və yeni xidmətlərin göstərilməsinin təşkili, insan resurslarının peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və s. barədə ətraflı məlumat verilib.

Treninqlərdə «Logistika» mövzusunda təqdimat keçirilib, logistikanın mahiyyəti və məqsədi, logistik idarəetmə, nəqliyyatın, anbar təsərrüfatının, mal ehtiyatının, kommersiya fəaliyyətinin, kadrların, informasiya sisteminin səmərəli idarə edilməsində logistika sahəsində mütəxəssislərin vəzifələri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, logistik mərkəzlərin aqrar-sənaye kompleksinin inkişafında rolu və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb, «Logistika» mövzusunda təqdimat keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR