Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Xaçmazda vətəndaşları qəbul edib - FOTO

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Xaçmazda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 18 avqust 2014 09:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov Xaçmaz şəhərində vətəndaşların qəbulunu keçirib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, bu gün keçirilən qəbulda Q. Məmmədov Xaçmaz şəhəri ilə yanaşı qəbul cədvəlinə uyğun olaraq Quba və Qusar rayonlarının vətəndaşlarını da qəbul etmiş, onların şikayət və təkliflərini dinləyib.

Qəbul zamanı vətəndaşların bəzisi Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşamaları ilə bağlı onların adlarının yerli aqrar islahat komissiyasının səhvindən siyahıya salınmaması, bir qismi torpaq islahatı ilə bağlı müvafiq sənədlər işlənib tərtib edilərkən müəyyən texniki qüsurlara yol verildiyi, qonşu torpaq mülkiyyətçiləri arasında yaranan torpaq-sərhəd mübahisələri, kənd, qəsəbə keçmiş Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin və ya sonradan ərazi nümayəndəliyinin qərarları ilə həyətyanı, fərdi yaşayış evi və s. məqsədlərlə ayrılmış torpaq sahələrinə dair plan və ölçü sənədləri, eləcə də həyətyanı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı mövcud problemlər barədə müraciətlər ediblər.

DTXK-nın şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda bu bölgədən olan 40-a qədər vətəndaşın müraciətinə baxılıb. Müraciətlərdə qaldırılan məsələlərin həlli bilavasitə DTXK-ya aid olduğu hallarda, mütəxəssislər vasitəsilə yerlərdə yerqurluşu ölçmə işləri aparılaraq torpaq sahələri həmin vətəndaşlara təkrarən tanıdılıb. Qaldırılan məsələlər müvafiq orqanların iştirakı ilə zəruri araşdırma tələb etdiyi hallarla bağlı isə vətəndaşların müraciətləri komitənin kargüzarlığında nəzarətə götürülərək qeydiyyata alınıb və komitənin müvafiq məktubları ilə aidiyyatı qurumlara göndəriləcək. Bu barədə həmçinin öz səlahiyyətlərinə dair işlərin qısa müddətdə icrası məqsədi ilə komitənin aidiyyatı rayon və şəhər şöbələrinin müdirlərinə də müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR