Səudiyyə Ərəbistanı səfirliyi zəvvarlara vizaların verilməsinin ləngiməsinə münasibət bildirib

Səudiyyə Ərəbistanı səfirliyi zəvvarlara vizaların verilməsinin ləngiməsinə münasibət bildirib
# 15 iyul 2016 12:41 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlara vizaların verilməsi ilə bağlı ləngimənin yaranması barədə xəbərinə Səuidyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyi münasibət bildirib.

Bu barədə APA-ya səfirlikdən məlumat verilib. Məlumatda bildirilir ki, səfirliyin vizaları verməsində heç bir ləngimə yoxdur. Qafqaz Müsəlmanları İdarəsinnin açıqladığı kimi, vizalar iyulun 20-dən veriləcək.

Qeyd edək ki, Qafqaz Müsəlmanları idarəsi zəvvarlara vizaların verilməsi müddətinin 10-dan 20-ə qədər uzadıldığını və ləngidiyini bildirib. Xəbərin verildiyi gün səfirliyin əməkdaşı RAsim Abdullayev APA-ya bildirib ki, səfirlik QMİ açıqlama yaymamış məsələyə münasibət bildirmək istəmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR