Zaqatalada evdən odlu silah və qadağan edilmiş dini vəsait götürülüb

Zaqatalada evdən odlu silah və qadağan edilmiş dini vəsait götürülüb
# 25 fevral 2015 07:30 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayon sakininin yaşadığı evdə odlu silah və qadağan edilmiş dini vəsait aşkarlanıb.

Zaqatala rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, şöbəyə daxil olan məlumat əsasında 1992-ci il təvəllüdlü, Samir Asvar oğlu Məmmədovun Zaqatala şəhəri Mahmudov küçəsi, ev 76 ünvanında yaşayan evdə əməliyyat-axtarış tədbiri keçirilib.

Tədbir nəticəsindən evdən 9 mm-lik “Makarov” tipli tapança və içərisində 4 ədəd gülləsi olan xəzinəsi, 3 ədəd radikal dini təriqəti təbliğ edən kitab, 13 ədəd broşür, 1 ədəd qeyd dəftəri, 14 ədəd DVD diski, 32 ədəd kompüterdə hazırlanmış vərəqələr aşkarlanaraq götürülüb. Samir Məmmədov Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR