Respublika Yanıq Mərkəzinin müdiri işdən azad olunub

Respublika Yanıq Mərkəzinin müdiri işdən azad olunub
# 21 oktyabr 2014 13:49 (UTC +04:00)

Bu barədə APA-ya açıqlama verən V. Ələkbərov öz istəyi və ərizəsi ilə işdən ayrıldığını deyib.

Onun sözlərinə görə Respublika Yanıq Mərkəzi üçün lazım olan vəsait və avadanlıq alınmayıb: “Özüm ərizəmi yazaraq işdən çıxdım”.

Məsələyə münasibət bildirən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Vüqar Ələkbərovun söylədiklərini cəfəngiyat adlandırıb: “Mərkəz bütün lazımi aparatlarla, dərmanla təchiz olunur. O, fəaliyyətini plastik cərrahiyyə şöbəsində həkim kimi davam etdirəcək”.

Respublika Yanıq Mərkəzinə isə Şöhrət Məmmədov müdir təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR