DSX Hərbi Hospitalının həkimləri hərbi hissələrdə və sərhədyanı yaşayış məntəqələrində yerli sakinlərin pulsuz müayinə və müalicəsi keçirilir

DSX Hərbi Hospitalının həkimləri hərbi hissələrdə və sərhədyanı yaşayış məntəqələrində yerli sakinlərin pulsuz müayinə və müalicəsi keçirilir
# 07 avqust 2014 07:32 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) Hərbi Hospitalının həkimləri tərəfindən hərbi hissələrdə və sərhədyanı yaşayış məntəqələrində yerli sakinlərin pulsuz müayinə və müalicəsi keçirilir. Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Avqustun 1-dən 3-dək Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində Lerik rayonunun Məhləbad, Yuxarı Amburdərə, Aşağı Amburdərə, Qələçər, Kələxan, Orand və Hilidərə kəndlərinin 123 nəfər sakininin müayinə və müalicələri təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR