Bank Of Baku

Putin Ermənistanın müvəqqəti baş naziri ilə danışıqlar aparıb

Putin Ermənistanın müvəqqəti baş naziri ilə danışıqlar aparıb
# 26 aprel 2018 20:31 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanla danışıqlar aparıb. APA-nın xəbərinə görə, bu barədə Kremlin saytında dərc edilmiş məlumatda bildirir.

 

“Qeyd edilib ki, Ermənistandakı böhran vəziyyətinin nizamlanması istisna olaraq hüquqi müstəvidə, Konstitusiya çərçivəsində və 2017-ci ilin aprelində keçirilmiş legitim parlament seçkilərinin nəticələri əsasında baş verməlidir”, - deyə məlumatda bildirilir.    

 

Bundan əvvəl Rusiya XİN-i Ermənistanda müxalifət və hakimiyyət arasında dialoqun  keçiriləcəyinə ümidvar olduğunu bildirib. Daha əvvəl Karen Karapetyan Moskvada məsləhətləşmələr keçirib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR