Naxçıvan əhalisinin gəlirləri 2%-ə yaxın artıb

Naxçıvan əhalisinin gəlirləri 2%-ə yaxın artıb
# 16 mart 2015 13:56 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin iki ayında Naxçıvan Muxtar Respublikasında əhalinin gəlirləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,8% artıb.

APA-Economics” Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə muxtar respublikada əhalinin gəlirləri 236 mln. 217 min manat təşkil edib.

Əhali gəlirlərinin hər bir nəfərə düşən həcmi isə 0,9% yüksələrək 536,7 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR