Ölkə ərazisində temperaturun nisbətən yüksək olması nəticəsində çaylarda sululuq artıb

Ölkə ərazisində temperaturun nisbətən yüksək olması nəticəsində çaylarda sululuq artıb
# 11 mart 2013 11:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ötən günlərdə ölkə ərazisində temperatur rejiminin nisbətən yüksək olması və yüksək dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində bəzi çaylarda, xüsusən də Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, son 4 gün ərzində ərazidən axan Lənkərançay-Lənkəranda suyun səviyyəsində 65 sm, Lənkərançay-Sifidorda 49 sm, Vəşərüçay-Daştatükdə 53 sm, Viləşçay-Şıxlarda 30 sm artım müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-140, Kiçik Qafqazın çaylarında 60-120, Lənkəran-Astara bölgəsi çaylarında 270-510, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.


Martın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 157 m3/s olmaqla, ongünlük normanın 59 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 69 m3/s olmaqla, ongünlük normanın 73 faizini təşkil edir. Martın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 5 sm, Şirvanda 4 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Bankədə 10 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR