Ketrin Eştonun mətbuat katibi: İran-“altılıq” danışıqları kritik mərhələni keçir

Ketrin Eştonun mətbuat katibi: İran-“altılıq” danışıqları kritik mərhələni keçir
# 17 oktyabr 2014 03:47 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Vyanada sona çatmış danışıqların yekunlarına dair Avropa diplomatiyasının rəhbəri Ketrin Eştonun mətbuat katibi Maykl Mann bildirib. “Biz irəliləyişə və, əvvəlki kimi, noyabrın 24-nə əhatəli razılaşmaya inadla nail olmağa çalışırıq”, deyə Mann vurğulayıb.

Onun sözlərinə görə, “İranın nüvə məsələsinin həlli istiqamətində diplomatik səylər kritik mərhələni keçir”. “Ekspertlər yaxın günlərdə görüşərək texniki işi davam etdirəcəklər”, deyə Mann əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR