Qafqaz Universitetində “Tələbə guşəsi” adlı tədbir keçirilib - FOTO

Qafqaz Universitetində “Tələbə guşəsi” adlı tədbir keçirilib - <span style="color: red;">FOTO
# 19 noyabr 2015 12:29 (UTC +04:00)

Bakı-APA. Qafqaz Universitetində ali məktəbin xarici əlaqələr şöbəsi və Multikulturalizm Tələbələr Klubunun birgə təşkilatçılığı ilə “Tələbə guşəsi” adlı tədbir keçirilib.

Universitetdən APA-ya bildirilib ki, rektor Ahmet Saniçin də iştirak etdiyi tədbir əcnəbi tələbələr və müəllimlər üçün təşkil olunub. Tədbirdə dünyanın dördkünclərə bölünmüş xəritəsi tələbələrə paylanıb. Tələbə və müəllimlər öz şəkillərini dünyanın istədikləri yerinə yapışdırıblar. Beləliklə, onlar öz kiçik şəkilləri ilə böyük dünya xəritəsini yenidən yaradıblar.

Qafqaz Universitetinin xarici əlaqələr üzrə prorektoru Sevil İmanova deyib ki, tədris ilində belə tədbirlərin tez-tez keçirilməsi nəzərdə tutulub: “Əsas məqsədimiz tələbələrimiz arasında multikulturalizmin təbliğidir”.

Cənubi Koreyadan olan tələbə Hyang Jo Nam tədbiri çox bəyəndiyini vurğulayıb. Özbəkistanlı tələbə Gülasal Otakuzieva isə “çÇox gözəldir, mən də fotomu gətirmişəm, Orta Asiya üzərinə yapışdıracağam” deyib.

Bununla bərabər iştirakçılar üçün çay süfrəsi təşkil olunub. Burada xarici tələbə və müəllimlər Azərbaycanın milli şirniyyatlarından dadıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR