Prokuror “Mur-Ay” MMC-nin dələduzluqda təqsirləndirilən rəhbərinə cəza istəyib

Prokuror “Mur-Ay” MMC-nin dələduzluqda təqsirləndirilən rəhbərinə cəza istəyib
# 02 aprel 2013 14:59 (UTC +04:00)

APA-nın xəbərinə görə, prosesdə prokuror çıxış edərək təqsirləndirilən şəxslərdən Elxan Hüseynovun 15 il, Vaqif Söhbətovun 14 il, Qalib Məmmədbəylinin 12 il, Bəybala Sultanovun 14 il 6 ay, Seyfəddin Səfərovun 11 il, Şəhriyar Ağayevin 12 il, , Novruz Muxtarovun isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.


Proses aprelin 8-də davam etdiriləcək.

Qeyd edək ki, “Mur-Ay” MMC-nin sədri Elxan Hüseynov və qeyrilərinin qabaqcadan əlbir olub cəmiyyət tərəfindən Yeni Yasamal massivində inşa edilən yaşayış binalarındakı mənzilləri bir neçə dəfə ayrı-ayrı şəxslərə satmaqla külli miqdarda pul vəsaitlərini ələ keçirərək dələduzluq əməli törədiblər. Cinayət işi üzrə təqsirləndirilən şəxslər “Azərbaycan” Nəşriyyatında direktor müavini vəzifəsində işləmiş Qalib Məmmədbəyli , “Mur-Ay” MMC-nin sədr müavini Bəybala Sultanov, “Mur-Ay” MMC-də mühasib vəzifəsində işləyən Novruz Muxtarov, cəmiyyətin direktoru Elxan Hüseynovun qeyri-rəsmi köməkçisi işləmiş Vaqif Söhbətov, cəmiyyətdə satış üzrə menecer işləyən Səhriyar Ağayev, Seyfəddin Səfərov və şirkətin sədri Elxan Hüseynovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR