“Dövlət sərhədlərinin mühafizəsində yerli əhalinin iştirakının əhəmiyyəti” mövzusunda görüş keçirilib - FOTO

“Dövlət sərhədlərinin mühafizəsində yerli əhalinin iştirakının əhəmiyyəti” mövzusunda görüş keçirilib - <span style="color: red;">FOTO
# 30 iyul 2014 11:31 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Sərhəd Mühafizəsinin 95 illik yubiley tədbirləri çərçivəsində Göytəpə sərhəd dəstəsinin qərargahında yerli sakinlərlə “Dövlət sərhədlərinin mühafizəsində yerli əhalinin iştirakının əhəmiyyəti” mövzusunda görüş keçirilib.

Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Görüşdə Biləsuvar, İmişli, Cəlilabad, Yardımlı rayonlarının Təhsil, Mədəniyyət və Turizm şöbələrinin, Gənclər və İdman İdarələrinin rəhbərləri, həmin rayonların sərhədboyu 39 kəndinin, həmçinin Biləsuvar rayonundakı Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün yaradılmış 11 saylı qəsəbənin icra, bələdiyyə nümayəndələri və sakinləri iştirak ediblər.

Görüş zamanı sərhəd mühafizəsinin yaranma tarixi və inkişafı haqqında məlumat verilib. Yerli əhalinin dövlət sərhədinin mühafizəsində rolu, sərhədçilərlə yerli sakinlərin qarşılıqlı əlaqələrinin əhəmiyyəti mövzusunda söhbətlər aparılıb.

Tədbirin sonunda dövlət sərhədinin mühafizəsi işində sərhədçilərə yaxından köməklik etmiş bir qrup yerli sakin qiymətli hədiyyə və fəxri fərmanla mükafatlandırılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR