Azərbaycana 72 yeni yük vaqonu gətirilib

Azərbaycana 72 yeni yük vaqonu gətirilib
# 04 may 2015 09:05 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə Azərbaycana daha 72 yeni yük vaqonu gətirilib.

QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, bunun 50-si yarımvaqon, 22-si iritonnajlı konteyner daşıyan platforma vaqonlarıdır. Bu günlərdə daha 50 yük vaqonunun ölkəmizə gətiriləcəyi gözlənilir.

Xatırladırıq ki, bu ilin mart ayında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Rusiya Federasiyasının F. Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko ilə görüşüb, görüşdə “Uralvaqonzavod”dan 2900 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanıb.

Qeyd edək ki, bundan əvvəl 25 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi yarımvaqon tipli 50 yük vaqonu ölkəmizə gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR