Bakı. Mahir Məmmədli - APA TV. Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari dünya çempionatının yarımfinalındakı məğlubiyyəti şərh edib. APA TV-nin məlumatına görə, o, Braziliya millisinin Almaniya yığmasına 1:7 hesabı ilə məğlub olmasını "fəlakət" adlandırıb. SİTAT: "Almaniya yığması sadəcə fantastika idi. Hər şey əleyhimizə oldu. Künc zərbəsindən qol buraxdıq, panikaya düşdük. Sonra isə toplar bir-birinin ardınca qapımıza gəldi".
Skolari bildirib ki, heyəti və taktikanı müəyyənləşdirən şəxs kimi məğlubiyyətə görə məsuliyyəti şəxsən özü daşıyır: "Bu, fəlakətli nəticədir. Braziliya xalqından məğlubiyyətə görə üzr istəyirəm. Ümid edirəm ki, insanlar bizi bağışlayacaq və üçüncü yer uğrunda oyunda dəstəkləyəcək".
Almaniya millisinin baş məşqçisi Yoahim Löv isə bildirib ki, oyunun bu hesabla nəticələnəcəyini heç kim gözləmirdi: "Müəyyən mənada bəxtimiz gətirdi. Erkən qol vuruq. Hesab 4:0-a çatdıqdan sonra isə rəqib özünü itirdi. Braziliyanın oyununda təşkilatçılıq itdi. Fasilədə artıq məlum idi ki, biz qalib gələcəyik".
Yoahim Lövün fikrincə, Almaniya millisi ciddiyəti itirməməli və qarşıda ən vacib oyunun olduğunu unutmamalıdır.
Skolari: "Məsuliyyəti şəxsən özüm daşıyıram" - VİDEO
09 iyul 2014 02:57 (UTC +04:00)
Futbol
14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb
00:22
18 may 2024
Dünyanın ən böyük derbiləri: Siyahıda "Qalatasaray" - "Fənərbaxça" matçı da var
15:35
17 may 2024
Futbol üzrə Azərbaycan çempionatlarının kubok və medalları yeni dizaynda hazırlanıb
14:52
17 may 2024
Fatih Terim "Panatinaikos"dan ayrıldığını açıqlayıb
11:08
17 may 2024