«Azərsu» ASC «Azəryolservis»in ittihamlarına cavab verib

«Azərsu» ASC «Azəryolservis»in ittihamlarına cavab verib
# 11 aprel 2013 10:16 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Dünyanın hər yerində əgər yol infrastrukturunun altında hər hansı qurğular varsa və orada qəza baş veribsə, onu aradan qaldırmağın yalnız bir yolu var ki, bu da yolun qazılması və təmir işlərinin aparılması ilə həyata keçirilə bilər. «APA-Economics»in məlumatına görə, bunu «Azərsu» ASC-nin prezidenti Qorxmaz Hüseynov «Azəryolservis» ASC-nin yolların tez-tez qazılması ilə bağlı iradlarına münasibət bildirərkən deyib: «Bunun başqa cür həyata keçirilməsi üçün hər hansı texnologiya yoxdur».

Onun sözlərinə görə, bəzi hallarda yeni çəkilmiş su infrastrukturunda qəza baş verərsə və onun nəticələrini aradan qaldırmaq üçün yolu qazmaq lazım gələrsə, bu məsələdə «Azərsu»yu qınamaq mümkündür: «Amma uzun illər yolların altında olan su və kanalizasiya xətlərində qəzanın baş verməsi təbii hadisədir və bunun təmir edilməsinin başqa bir yolu yoxdur».


Qurum rəhbəri bildirib ki, yol qazılandan sonra onun keyfiyyətlə bərpa etmək çox vacibdir. Bu işdə, yəni asfalt örtüyünün bərpa olunmasında «Azərsu» ASC «Azryolservis»in müvafiq idarələrinin xidmətindən istifadə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR