Azərbaycanda sənayenin neft-qaz sektorunda istehsalın həcmi 2% azalıb

Azərbaycanda sənayenin neft-qaz sektorunda istehsalın həcmi 2% azalıb
# 15 oktyabr 2014 09:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan sənayesinin təsərrüfat subyektləri tərəfindən 25,2 mlrd. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 71,8%-i istehsal olunmuş mədənçıxarma bölməsində 32,1 mln. ton neft, 13,8 mlrd. kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib.

Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 22,3%-ni təşkil edib, qida, tütün məmulatlarının, geyim, kimya, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında artım müşahidə edilib. İstehsal edilmiş sənaye məhsulunun 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-sentyabr aylarının səviyyəsini 6,0% üstələyib, neft-qaz sektorunda isə 2,0% azalıb. Ümumi sənaye istehsalının 93,2%-i malların (əmtəələrin), 6,8%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 80,7%-i özəl bölmədə istehsal olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR