ADA tələbələri üçün “DəmirBankla bir gün” adlı təqdimat keçirilib

ADA tələbələri üçün “DəmirBankla bir gün” adlı təqdimat keçirilib
# 12 noyabr 2015 13:37 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Daim gənclərin inkişafında, onların möhkəm karyera təməlinin formalaşmasında fəal iştirak edən “DəmirBank” ənənəsinə sadiq qalaraq ADA Universitetində “DəmirBankla bir gün” adlı təqdimat təşkil edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “DəmirBank” əməkdaşları tərəfindən həm bakalavr, həm də magistr tələbələri üçün keçirilən təqdimat zamanı bankın fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumatlar verilib.

Təqdimatdan sonra bankın müxtəlif struktur bölmələri üzrə təcrübəçi və işçi vakansiyaları ilə bağlı müraciət edən və “DəmirBank” ailəsinə qoşulmaq istəyən namizədlərlə görüşlər keçirilib.

Qeyd edək ki, istedadlı gənclərin karyera qurmasına, ilk iş yerini tapmasına yardımçı olmaq məqsədi ilə “DəmirBank” mütəmadi olaraq universitetlərdə müxtəlif tədbirlər həyata keçirir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR