Nyu-Meksiko və Nyu-York qanunvericiləri Xocalının ildönümündə Azərbaycanla həmrəylik nümayiş etdiriblər

Nyu-Meksiko və Nyu-York qanunvericiləri Xocalının ildönümündə Azərbaycanla həmrəylik nümayiş etdiriblər
# 27 fevral 2015 06:59 (UTC +04:00)

Bakı – APA. Xocalı qətliamının 23-cü ildönümü ilə bağlı ABŞ ştatlarında keçirilən silsilə tədbirlər Nyu-Meksiko və Nyu-York ştatlarının qanunverici orqanlarında davam edib. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, Nyu-Meksiko ştatının paytaxtı Santa Fe şəhərində keçirilmiş tədbir senator Riçard Martinez (Richard Martinez), Nümayəndələr Palatasının üzvü Nora Espinoza (Nora Espinoza) və “Azərbaycanın Dostları Assambleyası” (AFAZ) tərəfindən birgə təşkil olunub. Tədbirdə Nyu-Meksiko ştatının iyirmi beşdən artıq senatoru və Nümayəndələr Palatasının üzvləri, o cümlədən hər iki palatanın rəhbəri - Senat prezidenti Mari K. Papen və Nümayəndələr Palatasının spikeri Don Tripp, həmçinin Azərbaycan icmasının nümayəndələri iştirak edib.

Nyu-York ştatının paytaxtı Albani şəhərində keçirilən tədbirə də ştat parlamentinin hər iki palatasının çoxsaylı üzvləri qatılıb.

Tədbirlər zamanı çıxış edən ABŞ rəsmiləri Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilən ağlasığmaz vəhşiliklər və Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilmiş etnik təmizləməni qəti şəkildə pisləyərək bu cinayəti törədənlərin ədalət qarşısında cavab verməli olduqlarını vurğulayıblar. Onlar həmçinin Azərbaycanın ABŞ üçün strateji önəmindən danışıb, ABŞ üçün ən kritik zamanlarda belə Azərbaycanın Amerikanın dostu olduğunu sübut etdiyini söyləyiblər.

Nyu-York ştatı Assambleyası və Senatı tərəfindən Xocalı qətliamı ilə bağlı qəbul edilmiş Proklamasiyalar AFAZ nümayəndələrinə təqdim edilib.

Qeyd edək ki 2013-cü ildə Nyu-Meksiko ştatının həm Senatı, həm də Nümayəndələr Palatasında Xocalı qətliamının tanınması ilə bağlı qətnamələr qəbul olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR