Bakıda vəzifəli şəxsin oğlunu öldürməkdə təqsirləndirilən şəxslərin apellyasiya məhkəməsi başa çatıb

 Bakıda vəzifəli şəxsin oğlunu öldürməkdə təqsirləndirilən şəxslərin apellyasiya məhkəməsi başa çatıb
# 25 fevral 2015 13:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə və xuliqanlıqda təqsirləndirilən Tural Əliyev, Elçin Baxşıyev, Seymur Fərzəliyev, Səbuhi Məmmədov və Ramin Rzayevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin qərarı ilə onlardan Tural Əliyevdən başqa digərlərinin apellyasiya şikayətləri qismən təmin edilib. Belə ki, Ramin Rzayev 4 il 6 ay, Səbuhi Məmmədov 4 il, Elçin Baxşıyev 4 il 6 ay, Seymur Fərzəliyev 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihamda bildirilib ki, Tural Əliyev Biləcəri qəsəbəsində Elçin Baxşıyevin “Toyoto Prado” markalı avtomaşında qızla söhbət etdiyini görüb. Tural onlara başqa yerə getməyi təklif edib. Bu zaman onlar arasında mübahisə baş verib. E. Baxşıyev dostları Seymur Fərzəliyev və Əli Məlikovla, Tural isə öz dostları Ramin Rzayev və Səbuhi Məmmədovla görüşərək dava ediblər. Dava zamanı Tural Əliyev bıçaqla Əli Məlikovu vurub və yaralı hadisə yerində ölüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Əliyev 14 il, Elçin Baxşıyev 5 il, Seymur Fərzəliyev 5 il Səbuhi Məmmədov 5 il və Ramin Rzayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Əli Məlikov Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin kadr, dövlət qulluğu və qurumlarla iş şöbəsinin müdiri Natiq Məlikovun oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR