Əhməd Vahidi: “İran yaxın günlərdə Hörmüz boğazında hərbi manevr keçirəcək”

Əhməd Vahidi: “İran yaxın günlərdə Hörmüz boğazında hərbi manevr keçirəcək”
# 19 dekabr 2012 14:00 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İran yaxın günlərdə Hörmüz boğazında hərbi manevr keçirəcək. APA-nın İSNA-ya istinadən məlumatına görə, bunu İranın müdafiə naziri, general-mayor Əhməd Vahidi bildirib.

Onun sözlərinə görə, təlimlər hərbi hazırlığın artırılması, yeni silah-sursatların, döyüş taktikalarının sınaqdan keçirilməsi, həmçinin regionun təhlükəsizliyinin daha yüksək səviyyədə təmin olunması məqsədilə keçirilir.

Ə.Vahidi bildirib ki, ölkədə İranın ələ keçirdiyi ABŞ-a məxsus “ScanEagle” pilotsuz təyyarəsindən daha üstün müxtəlif pilotsuz təyyarələr istehsal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR