Diyarbəkirdə 2 əsgər şəhid olub - VİDEO

Diyarbəkirdə 2 əsgər şəhid olub - <span style="color: red;">VİDEO
# 01 oktyabr 2015 09:06 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Türkiyə Silahlı Qüvvələrinin iki hərbçisi şəhid olub.


APA-nın “Milliyet” qəzetinin saytına istinadən verdiyi məlumata görə, Diyarbəkirin Silvan rayonunda hərbi hissəyə getmək üçün evdən çıxan 26 yaşlı Tolqa Topçuoğlu və 31 yaşlı Sinan Uçan avtomobilə əyləşərkən terrorçuların hücumuna məruz qalıblar. Avtomat silahla atəş açan üzü maskalı terrorçular hadisə yerindən qaçıblar.

Terrorçuların yaxalanması üçün əməliyyat başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR