Fikrət Qoca: "Əsəd Cahangir "Azərbaycan" jurnalının baş redaktorunun müavini vəzifəsindən azad olunub"

Fikrət Qoca: "Əsəd Cahangir "Azərbaycan" jurnalının baş redaktorunun müavini vəzifəsindən azad olunub"
# 07 oktyabr 2015 12:31 (UTC +04:00)

Bu barədə APA-ya məlumat verən Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca bildirib ki, Əsəd Cahangir öz ərizəsi ilə vəzifəsindən azad olunub: “Özü ərizə yazıb ki, onu baş redaktor müavinliyindən azad edək. Başqa səbəb yoxdur”.

F. Qoca əlavə edib ki, Ə. Cahangirin yerinə təyinat olmayıb: “Hələlik o vəzifə boşdur. Bəlkə heç baş redaktor müavini vəzifəsinə heç kimi təyin etmədik”.

Əsəd Cahangir isə APA-ya açıqlamasında bildirib ki, o, vəzifəsindən azad olunmayıb: "Bu böhtandır. Vəzifəmdən azad olunmamışam. Mənə ictimai əsaslarla azyb.az saytının rəhbəri vəzifəsi təklif olunub, mən də qəbul etməyi düşünürəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR