Azərbaycan MN: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 63 dəfə pozulub

Azərbaycan MN: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 63 dəfə pozulub
# 16 noyabr 2014 07:15 (UTC +04:00)

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Mosesqex, Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Noyemberyan rayonunun Barekamavan və İcevan rayonunun Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Cəfərli kəndlərində yerləşən mövqelərimizi

atəşə tutub.

Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Mərzili, Şuraabad, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR