Con Kerri: «ABŞ beynəlxalq arenadan getməməlidir»

Con Kerri: «ABŞ beynəlxalq arenadan getməməlidir»
# 07 fevral 2013 04:50 (UTC +04:00)

Bakı-APA. ABŞ beynəlxalq diplomatiya arenasından getməməlidir. APA-nın Associated Press-ə istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibi Con Kerri bu vəzifəyə təyin olunması ilə bağlı keçirilən rəsmi mərasimdə belə bir bəyanatla çıxış edib.

«Mənim Vyetnamdakı xidmətim diplomatik uğursuzluğun ölkəyə necə baha başa gəldiyini mənə öyrədib. Mən sülh uğrunda mübarizə aparmağa söz verirəm, lakin ABŞ-ın milli maraqlarına ekstremizm, terrorçuluq və xaos təhlükə yaradarsa, onu birmənalı olaraq müdafiə edəcəyəm. Amerika dünya arenasında müstəsna rol oynayır və gələcəkdə də oynamağa davam edəcək», deyə Kerri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR