Azərbaycan mətbəxi Daşkənddə xüsusi mükafata layiq görülüb

Azərbaycan mətbəxi Daşkənddə xüsusi mükafata layiq görülüb
# 18 sentyabr 2015 14:04 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Daşkənddə keçirilən “Tasanno-2015” Milli Mətbəx Festivalında Azərbaycan mətbəxi xüsusi mükafata layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Daşkənddə hər il ənənəvi olaraq keçirilən festivalda xarici ölkələrin səfirlikləri və mədəniyyət mərkəzləri iştirak ediblər.

Azərbaycan üçün ayrılmış guşədə Azərbaycan səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ölkəmizin milli mətbəxini əks etdirən xörəklər, şirniyyatlar, milli suvenirlər, milli kəlağayılar və Azərbaycanın turizm resurslarına dair nəşrlər nümayiş etdirilib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycan stendi ilə tanış olub. Festival çərçivəsində təşkil olunan konsertdə müxtəlif ölkələri təmsil edən rəqs və musiqi qruplarının çıxışı olub.

Festivalın sonunda iştirakçı dövlətlərin təqdim etdiyi milli mətbəx nümunələrinə münsiflər heyəti tərəfindən baxış keçirilib və qaliblər təltif edilib.

Azərbaycan səfirliyi və onun Mədəniyyət Mərkəzi münsiflər heyətinin xüsusi mükafatı ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR