Hüseyn Bağırov: “Azərbaycanda meşə zolaqlarının salınması ilə bağlı ciddi tədbirlər görülür”

Hüseyn Bağırov: “Azərbaycanda meşə zolaqlarının salınması ilə bağlı ciddi tədbirlər görülür”
# 12 dekabr 2012 08:19 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu açıqlamanı jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov verib. O bildirib ki, meşələrin salınması üçün şərait olan yerdə meşə-bərpa tədbirləri görülür.

Nazirin sözlərinə görə, Abşeron yarımadasından şimala və qərbə doğru istiqamətlərdə bu zonaya uyğun olan suvarma sistemləri ilə təchiz olunan əkinlər aparılır: “Bu tədbirlər bizim gözlədiyimizdən daha yaxşı nəticələr verir. Təkcə bu il Abşeron yarımadasında, Quba, Şamaxı, Qazax, Ələt və Salyan istiqamətlərində 1833 hektar yaşıllıq salınıb. Onların hamısı suvarma sistemləri ilə təchiz olunub ki, nəticədə həmin əkinlər yüksək səviyyədə inkişaf edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR