Yaqland: “Qarabağ münaqişəsi ilə Minsk Qrupu məşğul olur və onlar başqasının bu məsələyə qarışmasını istəmirlər”

Yaqland: “Qarabağ münaqişəsi ilə Minsk Qrupu məşğul olur və onlar başqasının bu məsələyə qarışmasını istəmirlər”
# 20 iyun 2016 15:57 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Bu gün - Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının birinci iş günündə Avropa Şurasının baş katibi Tyorbörn Yaqland assambleya üzvlərinin suallarını cavablandırıb.

APA-nın Avropa bürosunun xəbərinə görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva baş katibə aşağıdakı məzmunda sual ünvanlayıb:

“Yanvarda AŞPA Sərsəng su anbarı ilə bağlı 2085 saylı qətnamə qəbul etmişdi. Həmin qətnamədə AŞPA Ermənistandan tələb edirdi ki, su ehtiyatlarından siyasi təsir və təzyiq kimi istifadə etməyə son qoysun. Amma Ermənistan bu günə qədər bu sənədin həyata keçirilməsi üçün heç bir addım atmır və on minlərlə insanın sıx yaşadığı regionlar bundan ciddi əziyyət çəkməkdə davam edir. Siz baş katib kimi bu humanitar fəlakətin qarşısını almaq, dayandırmaq üçün hansı addımlar ata bilərsiniz, bu məsələnin həllinə hansı töhfələr verə bilərsiniz?”

T. Yaqland cavabında Dağlıq Qarabağ münaqişəsi ilə ATƏT-in Minsk Qrupunun məşğul olduğunu bildirib: “Mən bir daha qeyd edə bilərəm ki, bizim münaqişələri həll etmək sahəsində rolumuz yoxdur. Mən bir neçə dəfə demişəm ki, bu münaqişənin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Onlar istəmirlər ki, başqa kimsə buna qarışsın. Biz onların bu qərarına hörmətlə yanaşmalıyıq. Əgər Minsk prosesinə öz töhfəmizi verməmiz üçün bizə müraciət etsələr, o zaman biz əlbəttə ki, bunu edə bilərik. Ancaq bizim iştirakımızı istəmirlərsə, biz, Avropa Şurası olaraq, bu prosesə qarışa və əlavə problemlər yarada bilmərik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR