İran Azərbaycan, Rusiya və Türkmənistan ilə qaz mübadiləsini müzakirə edəcək

İran Azərbaycan, Rusiya və Türkmənistan ilə qaz mübadiləsini müzakirə edəcək
# 17 noyabr 2015 21:58 (UTC +04:00)

Bakı-APA. İran noyabrın 23-də keçiriləcək Qaz İxrac edən Ölkələrin Forumu (GECF, Gas Exporting Countries Forum) çərçivəsində Azərbaycan, Rusiya və Türkmənistan ilə qaz mübadiləsinə dair danışıqlar aparacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın neft naziri Bican Zanqane bildirib.

“Baş tutacaq konfransda qaz layihələri ilə bağlı danışıqlar aparılmayacaq, çünki GECF üzvləri qaz bazarında öz aralarında rəqabət aparırlar. Biz ikitərəfli görüşlərdə Azərbaycan, Rusiya və Türkmənistan ilə qaz mübadiləsinə dair danışıqlar aparacağıq”, deyə Zanqane bildirib.

Qaz İxrac edən Ölkələrin Forumu dünyada təbii qazın ixracı sahəsində lider ölkələri birləşdirir. Təşkilatın əsası 2001-ci ildə Tehranda qoyulub və rəsmi olaraq 23 dekabr 2008-ci ildə Moskvada təsis edilib. Həmin görüşdə iştirakçı dövlətlərin energetika nazirləri forumun nizamnaməsini qəbul ediblər və hökumətlərarası saziş imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR