Amerika və Avropa fond bazarında səhmlər ucuzlaşıb, qızıl və gümüşün qiyməti azalıb

Amerika və Avropa fond bazarında səhmlər ucuzlaşıb, qızıl və gümüşün qiyməti azalıb
# 05 dekabr 2014 06:33 (UTC +04:00)

Bakı - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,07% - 17 900,10 bəndədək, NASDAQ 0,11% - 4 769,44 bəndədək, S&P 500 indeksi isə 0,12% - 2 071,92 bəndədək azalıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,55% - 6 679,37 bəndədək, Fransa CAC-40-ı 1,55% - 4 323,89 bəndədək, Almaniya DAX-ı isə 1,21% - 9 851,35 bəndədək azalıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,12% - 17 909 bəndədək, Shanghai 0,08% - 2 901,78 bəndədək, Hang Seng 1,04% - 24 080,68 bəndədək artıb.

COMEX-də qızılın bir unsiyası 5,0 dollar ucuzlaşaraq 1 202,70 dollar, gümüşün 1 unsiyasının qiyməti isə 0,20 dollar azalaraq 16,37 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR